AZ

“Hər oyuna final kimi çıxırıq” – Vüqar Nadirov komandasını çempionluğa oynadır

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında sabah 6-cı tura start veriləcək.

Geridə qoyduğumuz 5 tur ərzində komandaların nəyə qadir olduğu göründü. Turnir cədvəlinə baxanda “Şahdağ Qusar”, “Şəfa” və “Hypers Quba”nın çempionluq uğrunda mübarizə apardığı görünür. Çempionatın debütantlarından olan “Hypers Quba”nın iddiası nədi, əsas rəqibləri kimdi?

Komandanın baş məşqçisi Vüqar Nadirov “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:

“İlk iki oyunumuz olduqca çətin keçdi. Bir texniki məğlubiyyət aldıq. Liqada zəif komandayoxdu. Oyunu tam üstün şəraitində keçirə bilərsən, amma istənilən komanda sənə başağrısı ola bilər. Həftədə 5 dəfə məşq edirik. Çalışırıq ki, istədiyimiz oyunu uşaqlardan alaq. Futbolçular tapşırıqlarımı meydanda 75-80 faiz icra edirlər. Mövsümün sonu ilə bağlı proqnoz vermək, fikirimcə, yalnış olar. Uzun bir marafondayıq. Çempionatda bir neçə güclü komanda var ki, əsas rəqiblərimizdi. Bunlar “Şahdağ Qusar”, “Şəfa”, “Şəmkir” və “Şimal”dı. Onların hər biri iddialı və təcrübəli komandadı. Bacardıqca yuxarı pillələrdə qərarlaşmağı hədəf seçmişik. Hər oyuna final kimi çıxırıq”.

RÖYANƏ OĞUZ
Seçilən
32
football-plus.az

1Mənbələr