AZ

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu

“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib. II Liqa təmsilçisi bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.

Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
8
msport.az

10Mənbələr