AZ

Pediatr valideynlərə səsləndi: Spreylərin əksəriyyəti saxtadır, vurmayın!

“Boğaz spreylərinin heç bir mənası yoxdur”.

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, ağız suyu ifraz olunduğundan bu preparatın təsiri olmur:

“Uşaq xəstələnir, ya valideyn aptekə beynində sprey fikri ilə gedir, ya başqa fikirlə getsə də, aptekdən əlində spreylə qayıdır. Həkimlərin əksəriyyəti az qala 2 aylıq uşağa da boğaz üçün sprey yaza. Bir yaş üzəri isə spreysiz resept olmur. Həkim yazmasa, da anaların sevimli sualı “bəs boğazı üçün nə edim, sprey yazmırsınız?”
Bəli, mən yazmıram. Əgər bu sprey bitki tərkibli, propolis tərkiblidirsə, onun heç bir mənası yoxdur. Propolis bahalı məhsuldur, onun 5-6 manatlıq spreyin içində işi ola bilməz. Ümumiyyətlə, sprey vurulur və ardından ağız suyu ifraz olunur, boğaz yuyulur. Orada heç nə təsirli olmur. Hələ bitki tərkiblisi ümumiyyətlə, təsirsizdir”. 
Pediatrın sözlərinə görə, boğaz ağrısı da hərarət kimi bir siqnaldır:
“Boğazda qızartı, udqunanda ağrı varsa, skarlatinanın, virus infeksiyalarının əlamətidir. Boğaza sprey vurmaqla xəstəlik müalicə olunmur. Qızartı getməklə virus ölmür, virus öldükcə boğazdan qızartı gedir. Bəzən analar elə bilir ki, boğaza sprey vurmasan, o qızartı qalacaq. Evinizi mənasız spreylərlə, siroplarla doldurursunuz, sonra da deyirsiniz, ev aptekdir. 2 yaşa kimi ümumiyyətlə, sprey olmaz. Tərkibindəki maddələrə görə allergik laringit, laringospazm (qırtlaq şişməsi və daralması ) baş verə bilər ki, bu da kritik haldır. Elə olur ki, bəzi valideyn bir neçə sprey dəyişir. Heç birinin də mənası yoxdur. Onların pulunun yerinə bir virusa qarşı preparat ala bilərdi. Çox vaxt uşaqlar spreyi boğaza sıxmağa qoymur, valideyn güclə edir. Uşaq da mənasız yerə qorxur.

Xahiş edirəm bunu toplu mesaj olaraq qəbul edin. Mənə "uşağın boğazı gəlib , hansı spreyi vurum?" sualını verməyin. Boğazda qızartı, rahatsızlıq, udmada çətinlik, əmərkən, öskürərkən ağlamaq virus infeksiyası dönəmində normaldır, siz də normal qarşılayın.
Ağrı, qızartı, rahatsızlıq, şişlik iltihab əlamətləridir. Biz imkan verməliyik ki, iltihab öz immunitetimiz hesabına sonlansın, dərman hesabına yox. Əgər immunitetin gücü yetməzsə, dərmana müraciət edirik. Onsuz da "propolis", bitki tərkibli spreylər bir işə yaramaz . Əksəriyyəti də saxtadır”.

Billurə Yunus
 

Seçilən
0
1
azreform.info

2Mənbələr