AZ

Kiyev AB-ni istəyirsə, millətçilikdən əl çəkməlidir - Miller

Avropa Birliyinə daxil olmaq üçün Kiyev ukraynalı millətçiləri tərifləməyi dayandırmalı olacaq.

Axar.az xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller deyib.

“Qonşularımızla bağlı problem təkcə Volın qırğını məsələsinin həll olunmaması deyil, həm də onların indi gördükləri işlərdir. Qnların istəyi ilə qatillər qəhrəman olurlar. Etnik təmizləmə əmri verənlərə abidələr ucaldılır, küçələrə onların adları verilir. Bu, Ukraynanın Avropa Birliyinə daxil olmasına qəti şəkildə mane olacaq problemdir. AB-yə daxil olmaq istəyirsinizsə, bütün gözləntiləri yerinə yetirməlisiniz. Biz AB-yə öz millətçi keçmişindən və millətçi qəhrəmanlarından əl çəkməyən ölkələri qəbul etmirik”, - Miller bildirib.

phrase_var_article.chosen
66
axar.az

1phrase_var_article.sources