AZ

Tasnim: İran ABŞ və İsrailin hücumu halında Müqavimət Paktı hazırlayır

İran Yaxın Şərqdəki bir sıra ölkələr və “azadlıq hərəkatları” ilə İsrail və Amerika Birləşmiş Ştatlarının hücumu halında hərbi yardımı nəzərdə tutan Müqavimət Paktı layihəsi hazırlayır.

Bu barədə Tasnim agentliyi məlumat yayıb .

Qeyd olunur ki, bu saziş xarici təhdidlərlə mübarizə aparmaq və böhran zamanı layihə iştirakçılarının bir-birinə dəstək olmaq üçün ümumi müdafiə strukturunun yaradılmasına yönələcək.

“Müqavilədə iştirak edən bütün ölkələr və ya müqavimət-azadlıq hərəkatları sionist rejim və ya ABŞ-ın müqaviləyə qoşulan ölkələrin ərazisinə hücumu halında, hər birinə hərtərəfli iqtisadi, hərbi və siyasi dəstək verməyə borclu olacaqlar”, - mətndə deyilir.

Seçilən
27
aznews.az

1Mənbələr