İngiltərənin \"Aston Villa\" klubu hücumçusu Con Duranla müqavilə müddətini uzadıb.
Futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
20 yaşlı kolumbiyalı 2023-cü ilin əvvəlində, təxminən 16 milyon avroya ABŞ təmsilçisi \"Çikaqo\"dan transfer olunub.
Qeyd edək ki, \"Aston Villa\"nın bombardiri bu mövsüm bütün yarışlarda meydana çıxdığı 10 matçda 6 qol vurub.