AZ

İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyi...

"ABŞ və İsrail tərəfindən müqavilə tərəflərinin birinə hücum olacağı təqdirdə hərbi və iqtisadi yardım göstərilməsi nəzərdə tutulur..."
 
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə Komissiyası Yaxın Şərqin bir sıra ölkələri və azadlıq hərəkatlarının iştirakı ilə "Müqavimət Paktı"nın bağlanması barədə qanun layihəsini nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Təsnim" informasiya agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, qanun layihəsi ABŞ və ya İsrail tərəfindən müqavilə tərəflərinin birinə hücum olacağı təqdirdə hərbi və iqtisadi yardım göstərilməsini nəzərdə tutur.
 
Qeyd edilir ki, nəzərdən keçirilən qanun layihəsi "müqavimət qrupları və dəstək verən ölkələr arasında təhlükəsizliyin müdafiəsi" adlanır.
 
Saziş hərbi əməliyyatların koordinasiyası və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılmasını nəzərdə tutur.
 
Vəzifə bölgüsü və planın gerçəkləşdirilməsinə görə məsuliyyətin İranın Ali Milli Təhlükəsizlik Şurasının üzərinə qoyulması təklif edilir. Bu orqan həm də üzvlük üçün təklif edilən azadlıq hərəkatlarını təsdiq etməlidir.
 
Layihə müəlliflərindən birinin sözlərinə görə, hazırlanan sazişin həlledici aspektlərindən biri "qüvvələr arasında operativ səmərəliliyin və koordinasiyanın yüksəldilməsi, bundan başqa, iştirakşəçı təşkilatların hərbi infrastrukturunun inkişafına kömək məqsədilə birgə hərbi təlimlərin planlaşdırılmasıdır. 
 
Hesab edilir ki, hərbi bazalar və təlim mərkəzlərinin inşası sahəsində əməkdaşlıq müqavimət qrupunun hərbi potensialını yüksəldəcək və onları təhlükələrlə mübarizəyə daha hazırlıqlı edəcək.
 
Xəbər verildiyi kimi, bu günlər Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Yaxın Şərqdə radikallıqla mübarizə üçün NATO-ya oxşar ölkələr blokunun yaradılması barədə İsrail prezidenti İshaq Hersoq bəyan edib.
 
O, regionun liberal siyasi qüvvələrinə birlikdə İrana müqavimət göstərilməsi və regionda Alyansın formalaşdırılmasına çağırış edib.
 
"Əgər biz birlikdə müqavimət və fəaliyyət göstərməyi bacarsaq, əlbəttə, biz daha yaxşı gələcəyə və radikallığa maneə ola biləcək NATO-ya oxşar qurumun yaradılmasına bel bağlaya bilərik", - İsrail prezidenti qeyd edib.
Seçilən
27
1
moderator.az

2Mənbələr