AZ

Azərbaycanda zeytun yağı niyə bahadır?

"Nə vaxt ki, Azərbaycanda zeytun bolluğu yaranacaq, sahibkarlar baxacaqlar ki, ixrac edə bilmirlər, məhsul satılmır, o zaman qiymətin aşağı düşməsi haqqında fikirləşəcəklər. Yox, məhsul ixrac edilirsə, satılırsa, hansı sahibkar qiyməti endirər?".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid KÉ™rimli zeytun yağının bir litirinin qiymÉ™tinin 20 manata satılmasının sÉ™bÉ™blÉ™rini izah edÉ™rkÉ™n deyib. 
 
Ekspert əvvəllər Azərbaycanda zeytun bağlarının olduğunu xatırladıb:
 
"Amma sonradan bu bağlar dağıdılmışdı. Son 10 ildə bu istiqamətdə müəyyən kənd təsərrüfatı fermerləri məşğuldurlar. Bağlar salınıb, amma ağaclar əkilən kimi zeytun vermir. Müəyyən bir müddət keçməlidir ki, zeytun ağacları bar versin. İkincisi, əsas zeytun ağaclarının çox bar verməsidir. Bağlarımız hələ məhsuldar dövrdə deyil".
 
Xalid Kərimli hesab edir ki, məhsul bol olsa qiymət aşağı düşməlidir:
 
"AÄŸacdan bir kiloqram zeytun yığsan qiymÉ™t fÉ™rqli, 20 kiloqram yığsan tam baÅŸqa cür olacaq. 20 kiloqram zeytun yığanda aÄŸacların qulluq xÉ™rclÉ™ri vÉ™ eyni zamanda bağın özünün dÉ™ xÉ™rci aÅŸağı düşür". 
 
Xalid Kərimli bildirib ki, Azərbaycana İspaniya, Türkiyə, Yunanıstandan zeytun yağları gətirilir:
 
"Bu yağlar Azərbaycana gətirilməsə, qiymətlər daha da baha olar. Xaricdən gətirilən zeytun yağları bazarda bir qiymət formalaşdırıb, yerli zeytun satıcıları da məhsulu həmin intervalda satırlar. Eyni zamanda məhsul bolluğu olmadığından daha baha satmaq istəyirlər".
phrase_var_article.chosen
81
8
moderator.az

10phrase_var_article.sources