AZ

Nazir: Təhsilin İnkişafı Fondu təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir

Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır. Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir.

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

“Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var”, - deyə nazir əlavə edib.

Seçilən
60
12
operativmedia.az

10Mənbələr