AZ

"Onlar xalqımızın yenə də pis günə düşməsini istəyirlər"

BMT-yə üzv iki yüz ölkə beynəlxalq hüquqa sadiqliklə bağlı öhdəlik götürüb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasda deputat Azər Badamov bildirib.

 

"Lakin dünyanı idarə etmək naminə beynəlxalq hüququ heçə sayırlar. Minsk Qrupunun həmsədri olan ABŞ 30 ildə sülh üçün lazım olan addım atmayıb. Azərbaycanı alçaldıcı sülhə məcbur etmək istəyirdilər. İndi torpaqlarımızı özümüz azad etmişik. Bu niyə onları narahat edir?ABŞ konqresmenlərinin addımına sevinən xalqın düşmənləri Əli Kərimlilər də var. Onlar xalqımızın yenə də pis günə düşməsini istəyirlər. Buna imkan verməyəcək",-o deyib.

Seçilən
12
modern.az

1Mənbələr