NBA-da "Los-Anceles Leykers"in ulduzu LeBron Ceyms oğlu Bronni Ceymslə tarixə düşüb. 

Offsideplus.az xəbər verir ki, 2024/25 mövsümü öncəsində "Los-Anceles Leykers" hazırlıq matçında "Feniks Sanz" ilə qarşılaşıb. LeBron ilə Bronninin hər ikisi oyunda iştirak edib və onlar NBA tarixində ilk dəfə birlikdə çıxış edən ata-oğul olublar.

Qeyd edək ki, görüş Ceymslərin komamdasının 118-114 hesablı məğlubiyyətilə başa çatıb.