AZ

Nikol Bakının tələbini buna görə gecikdirir - Lazoviç

Bildiyiniz kimi, İrəvan 2027-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum elan edib.

Aktual.az xəbər verir ki, bunu "Moskva-Bakı”ya müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç deyib.

"Düşünürəm ki, Paşinyan sonda Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyadan çıxarmağa razı olacaq. Çünki bu, Bakının sülh müqaviləsi bağlamaq üçün əsas şərtidir. Bunsuz çətin ki, nəsə alınsın. Düşünmürəm ki, Paşinyan və ya onun müttəfiqləri hansısa yolla Bakıya təsir göstərə bilsinlər ki, bu məsələ qaldırılsın, çünki bu, təməl daşıdır. Amma Konstitusiyanın dəyişdirilməsi ilə bağlı vəziyyət uzanacaq”, - o bildirib.

Lazoviç qeyd edib ki, hazırda İrəvan əsas qanunu dəyişməyə hazır deyil:

"İrəvanın indi bu məsələ ilə bağlı götürdüyü taym-aut əhalini belə bir addıma hazırlamaq zərurəti ilə bağlıdır. Çünki müxalifətin alovlandırmağa çalışdığı mövcud revanşist əhval-ruhiyyəni nəzərə alsaq, Qarabağın Ermənistan Konstitusiyasından çıxarılması qeyri-populyar tədbirdir. Təbii ki, bunu Ermənistanda çoxları qəbul etmir, ona görə də risk etməmək üçün hakimiyyət bir neçə il ərzində əhalini hazırlayacaq”.

Seçilən
2
1
ulusum.az

2Mənbələr