AZ

Messi: “Top sənin üçün darıxacaq”

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, kataloniyalıların keçmiş hücumçusu Lionel Messi vaxtilə birlikdə oynadığı İnyesta haqda sosial şəbəkə hesabında bunları yazıb:

“Ən sehrli yoldaşlardan və oynamaqdan həzz aldığım biri. Top sənin üçün darıxacaq, biz də. Sənə ən yaxşısını arzu edirəm”.

Son klubu Birləşmiş Ərəb Əmirliklərində “Emireyts” olan İnyesta daha əvvəl “Barselona”, “Vissel Kobe”də oynayıb.

Andres İspaniya yığmasında 131 oyunda 14 qol vurub.

Seçilən
13
futbolpress.az

1Mənbələr