AZ

"Qızı oğlumdan uzaq tutmağa çalışdım, amma..." - Dəhşətli qətl törədən oğlanın anası (FOTO)

İstanbulda Ayşenur Halil və İkbal Uzuneri vəhşicəsinə qətlə yetirən və tarixi binadan atılaraq intihar edən qatil Semih Çelikin anası ilk dəfə danışıb.

"Unikal" xəbər verir ki, söhbətinə "Kaş, mən ölsəydim, o qızlar ölməsəydi" deyə başlayan qatil Semih Çelikin anası "Sabah" qəzetinə açıqlaması ilə diqqət çəkib. 

Qadın oğlunun koronavirus pandemiyasından bəri özünü otağına qapatdığı bildirib: 

"Oğlumu pandemiya zamanı itirdim. Qapını kilidləyib otağından çıxmırdı. Pandemiyadan sonra onu dəfələrlə həkimə apardım. Dedilər ki, heç nə yoxdur. Evə təcili yardım çağırdım, dedilər ki, təcili yardım deyil. Çalışdım, yandım, qışqırdım, amma oğlumu sağalda bilmədim. Semihlə İqbalın görüş yeri onsuz da şəhər divarları idi. Həmişə orada görüşürdülər. Oğlumun vəziyyətini görəndə İkbalın ailəsinə məlumat verdim, qızınızı uzaq tutmağı xahiş etdim. Dedim ki, oğlum yaxşı deyil, qızını aparın. Onu məktəbdən köçürdülər, amma əlaqələri kəsilmədi. İkbal da keçən il həb qəbul edərək intihara cəhd edib. Bundan sonra bir müddət ayrıldılar, amma əlaqələri hələ də qaldı. O da Semihdən ayrıla bilmədi. Mən də anayam, heç kim istəməz ki, övladının başını qabağına atılsın. Mən öz ağrılarımı yaşaya bilmirəm. Məni heç kim başa düşmür, çox çalışdım, amma uşağımı xilas edə bilmədim. Çox ağrıyıram, oğlum günlərdir yerdə qalıb, amma o qızlara yazığım gəlir, çarəsizəm. Oğlumun problemini həll edə bilmədim, intihara meyilli idi, kaş intihar etsəydi". 

Qadın hadisə günündən də söhbət açıb: 

"Hadisə baş verən gün Semih mənə videozəng etdi. "Oğlum, nə edirsən, necəsən?" dedim. “Ana, mən yaxşıyam, Ayşənur yanımdadır, danışmaq istəmir” dedi. Bir az söhbət etdik və o telefonu qapatdı. Heç bir anormallıq aşkar etmədim. Oğlumun başına gələnlər pandemiyadan sonra narkotik istifadəsi ilə bağlı idi". 

Semih ruhi xəstəliyə görə 5 dəfə xəstəxanada müalicə alıb, iki dəfə itkin düşüb, bir dəfə intihara cəhd edibmiş. 

Qeyd edək ki,  oktyabrın 4-də 19 yaşlı Semih Çelik iki gənc qızı qətlə yetirib.  Sevgilisi İkbal Uzunerin bədənini parçalara ayırıb. Daha sonra qız başını ailəsinin gözü qarşısında tarixi binadan atıb.  Bundan sonra 19 yaşlı Semih də atlayaraq həyatına son qoyub. 

Hadisə Türkiyə ictimaiyyəti arasında əks-sədaya səbəb olub.  Bir çox siyasətçi ilə yanaşı məşhurlar baş verən olaya səssiz qalmayıb.  Günlərdin hadisənin baş verdiyi ərazidə insanlar "Qadın cinayətlərinə SON!" şüarı ilə etiraz aksiyası keçirir.  

Gülayə Mecid 

İkbal Uzuner

Seçilən
10
3
unikal.az

10Mənbələr