AZ

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlandı - Yenilənib

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən Redaktor.az-a bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

09:27

***

Sumqayıtda 33 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb.

Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Fakt araşdırılır.

Seçilən
54
3
redaktor.az

10Mənbələr