AZ

"Respublikanski"nin əsas binasının yenidən qurulması 19 milyon manata başa gələcək

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmir olunacaq.

Publika.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Xəstəxananın əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması işləri həyata keçiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi təmir işlərini "Var Construction” şirkətinə həvalə edib.

Nazirlik I mərhələ üzrə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı şirkətlə 18 891 761,32 manat dəyərində müqavilə bağlayıb.

Seçilən
18
6
publika.az

10Mənbələr