AZ

Avropa dəhşətli dəyişiklik ərəfəsində: Proses Türkiyədən başlayır

BMT-nin iqlimşünasları qlobal istiləşmənin 3 dərəcəyə çatacağı təqdirdə Cənubi Avropada səhraların yaranacağını iddia edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin iqlim dəyişikliyi üzrə qrupundan “The Telegraph”a bildirilib.

Mütəxəssislərə görə, səhralaşma təkcə Şimali Afrika ölkələrində yox, Yunanıstan, Türkiyə, Portuqaliyada da baş verir.

“Bütün Avropa, xüsusən də Aralıq dənizi hövzəsi son dərəcə həssas vəziyyətdədir”, - BMT-nin ekspertləri deyirlər.

Müşahidələrə görə, 2100-cü ildə qlobal istiləşmə 3 dərəcəyə çatacaq və bu, gələcək nəsillər üçün problemə çevriləcək. Mütəxəssislər qeyd edirlər ki, qlobal istiləşmə bir çox Avropa ölkəsində isti və rütubətli iqlim yaradacaq, məsələn, Polşa kartof, İtaliya isə makaron üçün lazım olan sərt növ buğda yetişdirə bilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
teleqraf.com

1Mənbələr