AZ

Estoniya - Azərbaycan matçının hakimləri bilindi

Millimizin oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi Milətlər Liqasının 3-cü tur oyununun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək:

Rob Harvey görüşün baş hakimi olacaq. Yan xətdə ona Robert Clarke və Uayne McDonnell kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessy yerinə yetirəcək.

Seçilən
9
2
football-plus.az

10Mənbələr