AZ

"Bodrum tətili Sen-Tropedən bahadır"

Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatı yazır ki, Türkiyədə tətil "həddindən artıq bahalı" olduğundan turistlər Kuba və Vyetnam kimi ekzotik alternativlərə üz tuturlar.

Hafta.az-ın “Noviye İzvestiya”ya istinadən yazdığına görə, Türkiyədə orta hesabla tətil paketi hazırda 200 min rubl (4 min manat) civarındadır. Portal qeyd edib ki, bu, demək olar ki, həmin pulla iki nəfərlik Kubaya gediş-gəliş bileti almaq olar. Xəbərə görə, rusiyalı turistlər Kuba və Vyetnam kimi daha az populyar marşrutlarda zəif büdcə ilə daha uzun tətil etmək imkanı qazanıblar.

Turoperatorların fikrincə, oktyabrda Türkiyədə istirahət başqa ölkələrlə müqayisədə kifayət qədər bahadır. Fransanın məşhur tətil şəhəri Saint-Tropez ilə müqayisədə, Bodrum kimi məşhur kurortlarda qiymətlər daha yüksəkdir. Bundan əlavə, Misirdə mövsümün başlaması ilə qiymətlər sürətlə artıb. Misirdə bir həftəlik tətilin orta qiyməti 240 min rubl (4800 manat) təşkil edir və turist xidmətləri də kifayət qədər bahadır. Bir fincan kofe 7 dollara, qısa qayıq turu isə 60 dollara başa gələ bilər.

Digər tərəfdən, Vyetnamda mövsümün başlaması ilə qiymətlər aşağı düşdükcə, bu ölkədə istirahət digər ölkələrlə müqayisədə kifayət qədər qənaətcil olur. Kuba isə mövsüm sonu üstünlükləri ilə diqqət çəkir. Xəbərə görə, Kubada 11 gecəlik tətil Türkiyə və ya Misirlə müqayisədə daha ucuzdur.

Nəhayət, portal ekzotik tətillər axtaranlara Çinin Haynan adasını tövsiyə edir. Lakin burada da qiymətlər sürətlə yüksəlir. Mövsümün başlaması ilə Haynanda tətil Vyetnam kimi alternativ istiqamətlərdən daha bahalıdır.

Seçilən
23
hafta.az

1Mənbələr