Bakı, 8 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının ulduz futbolçusu Neymar ada almağa hazırlaşır.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, braziliyalı hücumçu Rio-de-Janeyroda Anqra-dus-Reys sahillərində yerləşən, ümumi sahəsi 6 hektar olan kurort adası üçün 7 milyon funt-sterlinq ödəyəcək.
32 yaşlı oyunçu adadakı son vəziyyəti dəyərləndirmək üçün əmlak satışı ilə məşğul olan şirkətlərdən birinə 40 min funt-sterlinqdən çox icarə haqqı verəcək.
Qeyd edək ki, ötən ilin yayında Fransa təmsilçisi PSJ-dən 99 milyon avroya “Əl-Hilal”a keçən Neymar zədə səbəbindən bu komandada indiyədək cəmi 5 matçda forma geyinib.