AZ

Argentinada prezident seçkilərində ifrat sağçı Miley qalib gəlir

Argentinada keçirilən prezident seçkilərində ifrat sağçı Javier Miley qalib gəlib.

Editor.az  xarici KİV-ə istinadən xəbər verir ki, qutuların 94 faizdən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Azadlıq İnkişaf Partiyasının namizədi Miley 55,82 faiz səslə prezident seçilib.

“Peronist” alyansın namizədi və hazırkı iqtisadiyyat naziri Sergio Massa 44,17 faiz səs toplayıb.

“Vətən Naminə Birlik” partiyasının namizədi Massa məğlubiyyətini etiraf edib və rəqibi Milei-yə zəng edərək onu seçkilərdəki uğuru münasibətilə təbrik etdiyini bildirib.

Massa Argentina xalqının başqa bir yol seçdiyini vurğulayaraq sabahdan etibarən siyasi və iqtisadi fəaliyyət üçün bütün məsuliyyətin seçilmiş prezidentə məxsus olduğunu bildirib: “Bu gün Argentina güclü, möhkəm və şəffaf nəticələrə hörmət edən demokratik sistemə malik olduğunu təsdiqlədi”.

Qeyd edək ki, seçkidə iştirak nisbətinin 76 faiz olduğu qeydə alınıb.

//Səbinə Hüseynli, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
622
8
editor.az

10Mənbələr