AZ

2024-cü ilin fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Oktyabrın 8-də Nobel Komitəsi fizika üzrə mükafatın qaliblərini elan edib. Missiya.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Nobel Fondunun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, qaliblər “süni neyron şəbəkələrindən istifadə edərək maşın öyrənməsinə imkan verən fundamental kəşflər və ixtiralar” üçün Con Qopfild və Geoffrey Everest Ginton olub. Belə ki, Con Qopfild şəkilləri və digər məlumat nümunələrini saxlaya və yenidən qura bilən assosiativ yaddaş yaradıb. Geoffrey Ginton isə informasiyalarda xassələri avtonom şəkildə tapa və şəkillərdəki xüsusi elementləri müəyyən etmək kimi vəzifələri yerinə yetirə biləm üsul icad edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr