AZ

"Ermənistan müharibə canilərini cəzalandırmalıdır" - Sahib Məmmədov

“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulduqdan sonra onun bir sıra öhdəlikləri yaranıb. Ermənistan azərbaycanlı hərbiçilərə və mülki əhaliyə qarşı soyqırım, insanlıq əleyhinə və hərbi cinayət törətmiş şəxsləri tapıb ya özü mühakimə etməlidir, ya da Roma Statutunun tələbinə uyğun olaraq Haaqaya göndərməlidir”.

Bu fikirləri Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, BCM-yə müharibə cinayətləri törədənlərin verilməsi ekstradisiya sayılmır:

"Yəni Ermənistan konsititusiyasındakı " vətəndaşı mühakimə olunmaq üçün xarici ölkəyə verə bilməz" müddəası bu halda işləmir. Çünki BCM lazım olsa, gəlib mühakiməni Ermənistada da edə bilər və ya mühakimə etdikdən sonra cəzasını çəkmək üçün öz ölkəsinə təhvil verə bilər. Daha bir izah. Əgər Ermənistan özü caniləri tapıb mühakimə edərsə və ədalətli mühakimə olarsa, bu zaman onlar BCM-ə göndərilməyə bilər. Roma Statutuna görə, Beynəlxalq Ciyanyət Məhkəməsi milli məhkəmələrin qərarlarını ləğv etmir. Yalnız o halda əmələ yenidən baxa bilər ki, milli məhkəmə açıq-aşkar ədalətsiz qərar qəbul etmiş olsun”.

Sevinc,
BakuPost
Seçilən
1
1
bakupost.az

2Mənbələr