AZ

Azərbaycan millisi hazırlığa start verdi

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunların hazırlığına start verib.

Arena.az xəbər verir ki, oktyabrın 7-də bir araya gələn millimiz bu gündən “Neftçi” Futbol Mərkəzi”də məşq keçir.

Sabah da eyni məkanda hazırlığa çıxacaq Fernando Santosun yetirmələri oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernando Santos komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Le Koq Arena” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.

Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq. Komandamız həmin gün Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də “Le Koq Arena” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Seçilən
59
1
arena.az

10Mənbələr