AZ

Lavrov Rusiyaya qarşı bütün sanksiyaların ləğvini tələb edib

Lavrov

Lavrov müharibənin dayandırılması müqabilində Rusiyaya qarşı bütün sanksiyaların ləğvini tələb edib.Rusiya xarici işlər naziri Sergey Lavrov Newsweek jurnalına müsahibəsində bildirib ki, Rusiya Ukraynaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır.O, Rusiya prezidentinin Kiyev qarşısındakı digər tələblərini də xatırladıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin Rusiya ərazisi kimi tanınması haqqında. Bundan əlavə, Putin Ukraynanın bloklara qoşulmamaq və nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını tələb edib.“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”, - deyə Lavrov bildirib.Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə “onun xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarıdır”. Eyni zamanda o, Moskvanın hər dəfə hamıya uyğun bir müqavilə bağladığında “Kiyev və onun ağaları geri çəkilir” deyə şikayətlənib. Nümunə kimi o, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmalarını, həmçinin 2022-ci ilin mart ayının sonunda İstanbulda paraflanmış sülh müqaviləsini göstərib.Eltun Məmmədov

Diqqət Çəkənlər

Rusiyalı idmançı Barselonada yarış zamanı dünyasını dəyişib

İran ABŞ və İsrailə qarşı ölkələrin iştirakı ilə “təhlükəsizlik sazişi” yaratmağı planlaşdırır

Livanın televiziya kanallarına kiberhücumlar edilib

Seçilən
10
13
ulusum.az

10Mənbələr