AZ

ASF sədri İmişlidə sığorta məsələlərini müzakirə edib: Fermerlər ən çox nədən narazıdır?

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov oktyabrın 8-də İmişli rayonundan olan vətəndaşları qəbul edib.

Fins.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən təsərrüfatlara dəyən zərərlər, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin sığortalanması və digər məsələlərlə bağlı bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib.

Qəbuldan sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov təsərrüfatlara baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.

 

Zemfira Ms
Fins.az

 

Seçilən
16
3
fins.az

4Mənbələr