İranda son iki gündə 30 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.
"Sitat.info" xəbər verib ki, məlumatı “ir.voanews.com” yayıb.
Məlumata görə, “Edamsız çərşənbə axşamı” kampaniyasının 37-ci həftəsində İranın 22 həbsxanasında aclıq aksiyası keçirilir.
İnformasiyaya əsasən, aclıq aksiyası aşağıdakı həbsxanalarda keçirilib: Evin (qadınlar bölməsi və 4 və 8-ci bölmələr), Qızılhisar (3 və 4-cü məhəllə), Kərəc, Tehran, Xürrəmabad, Ərak, Əsədabad, İsfahan, Nizam Şiraz, Bəm, Məşhəd, Ləkən Rəşt (qadın və kişi həbsxanası), Qaimşəhr, Ərdəbil, Təbriz, Urmiya, Səlmas, Xoy, Nəğədə, Saqqız, Bane, Mərivan və Kamiyaran.
Bildirilib ki, oktyabrın 2-si və 3-ündə müxtəlif həbsxanalarda üçü qadın olmaqla azı 30 nəfər edam olunub. Barəsində ölüm hökmü çıxarılmış Mahmud Dehmərde adlı məhbus Zabul həbsxanasında ürək tutmasından ölüb.
İran təqvimi ilə bu ilin 6 ayı ərzində (aprel-sentyabr) İranda 450-yə yaxın məhbus edam edilib./"Report.az"