AZ

Fransanın 3 klubu "Qarabağ"ın üzvünü transfer etmək istəyir

Qışda Olavio Juninyo "Qarabağ"ı tərk edə bilər.

Sportal.az Offsideplus.az-a istinadən xəbər verir ki, braziliyalı forvardla Fransanın 3 klubu yaxından maraqlanır.

Yayda 27 yaşlı hücumçunu transfer etmək istəyən "Tuluza" yenidən "Qarabağ"ın qapısını döyməyə hazırlaşır. Bundan əlavə, Liqa 1-in daha 2 təmsilçisi Juninyonu almaq niyyətindədir. Söhbət "Oser" və "Sent-Etyen"dən gedir.

Adı çəkilən hər üç klub çempionatda qalmaq uğrunda mübarizə aparırlar. Komandalar qışda Juninyo ilə hücum xəttini gücləndirmək niyyətindədirlər. 

saytlarin hazirlanmasi

Seçilən
15
7
sportal.az

8Mənbələr