AZ

“Beer Loft”da da saxta içkilər aşkarlandı

“Beer Loft”da da saxta içkilər aşkarlandı

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik "Zerno" əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik "Verba" əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik "Finlandiya" əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik "President" əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Seçilən
16
47
afn.az

10Mənbələr