AZ

“Atlantic”: Vaşinqtonun təbii fəlakətlərlə mübarizə üçün pulu çatmır

Birləşmiş Ştatların təbii fəlakətlərlə mübarizə aparmaq üçün vasitələri yoxdur.

Valyuta.az xəbər verir ki, bunu Zoi Şlanger “Atlantic” üçün yazdığı məqalədə qeyd edib

Jurnalistin fikrincə, ABŞ yeni təbii fəlakətlərlə üz-üzədir və bununla mübarizə aparmaq üçün milyardlarla dollar tələb olunacaq. İndiyədək Vaşinqton həmişə qurbanlara kömək etmək üçün vəsait tapa bilib, lakin gələcəkdə bu xərclər “əlçatmaz” ola və ya normaya çevrilə bilər.

“Hökumətin mübarizə üçün büdcədən pul ayırdığı fəlakətlərlə <...> irimiqyaslı təbii fəlakətlərin real nəticələri arasında elə uyğunsuzluq hər zaman baş verir: Harvi, Mariya, Florensiya qasırğasından sonra olduğu kimi”, - Şlanger yazıb.

Bundan əvvəl “The New York Times” ABŞ-ın Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Milton qasırğasının dağıdıcı nəticələrini aradan qaldırmaq üçün işçi çatışmazlığı ilə üzləşdiyini yazmışdı.

Nicat

Seçilən
13
valyuta.az

1Mənbələr