AZ

Təhsil Nazirliyinin sirli təmir işləri: 3,5 milyona təmir ediləcək "bir sıra təhsil müəssisələri" hansılardır?

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı tender keçirib.

Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, tenderin qalibi "S.H. İnşaat" şirkəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 492 100,54 manatdır. Tenderin şərtlərində görüləcək işlər haqqında məlumat olsa da, bu işlərin konkret olaraq hansı təhsil müəssisələrini əhatə edəcəyi barədə heç bir qeyd yoxdur. Bu isə satınalma müsabiqəsi ilə bağlı müəyyən şübhələr yaradır. Söhbət 3,5 milyon manat dövlət vəsaitindən gedir. Bu, kifayət qədər iri məbləğdir və naziriliyin borcudur ki, təmir işlərinin hansı təhsil müəssisələrində aparılacağını açıqlasın. Bu həm vəsaitin səmərəli xərclənməsi, həm də nəticəyə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Lakin hansısa müəmmalı səbəblərdən nazirlik təhsil müəssisələrində təmir işləri ilə bağlı tenderlər elan etdikdə ümumiləşdirmədən istifadə edir: Respublikanın bir sıra təhsil müəssisəsləri...

Tenderin qalibi seçilən şirkətə gəlincə, mediada bu onun nazirliyin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin vəzifəli şəxsləri ilə işbirliyi barədə iddialar yer alıb. Bundan başqa, məlum olur ki, şirkət nazirliyin tərkibində fəaliyyət göstərən sözügedən idarənin tenderlərinin əvəzolunmaz qalibidir.

Seçilən
51
11
publika.az

10Mənbələr