AZ

Aquero "Barselona"nı məhkəməyə VERDİ

“Barselona”nın sabiq futbolçusu Serxio Aquero keçmiş klubunu məhkəməyə verib. 

"Unikal" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Argentina millisinin sabiq futbolçusu Kataloniya klubundan 3 milyon avro məbləğində maaşını tələb edir. “Barselona” Aqueroya sığorta müqaviləsinin ilk ili üçün əmək haqqını ödəyəcəyini bildirib. Lakin sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində problem olduğunu bildirərək ona pul köçürməkdən imtina edib. 

Qeyd edək ki, Serxio Aquero “Barselona”ya 2021-ci ilin yayında keçmişdi. O, ürək probleminə görə həmin ilin dekabr ayında karyerasını bitirməli olub. S. Aquero Kataloniya klubunun heyətində 5 oyuna çıxıb və 1 qol vurub. 

Seçilən
31
7
unikal.az

8Mənbələr