Xəbər verdiyimiz kimi, ötən gün müğənni Afət Fərmanqızı oğlu Hüseynə toy şənliyi edib.
Bizimshow.az azxeber.com-a istinadən xəbər verir ki, gecədə sənət aləmindən bir çox tanınmış sima iştirak edib.
"Rəngarəng" verilişində qonaq olan Afət, məclisinə çağırdığı halda gəlməyən sənət dostlarının adını açıqlayıb: "Mən heç kimlə düşmən deyiləm. Sənət üstə bir-birimizlə sözümüz düşə bilər, amma bu düşmənçilik demək deyil. Kim gəlibsə xoş gəlib, səfa gətirib. Bu Vəfa Şərifova da ola bilərdi. Mən onun haqqında yaxşı danışanda nəzərə alınmadı, amma qəlbimə dəyəndə, sənətlə bağlı dediklərim hamıya dərd oldu. Haqqımı istəmişəm də. Əsas odur ki, mənə lazım olan insanlar toyumda idilər. Gələ bilməyənlər də olmuşdu. Onlardan biri Damla idi, gəlməmişdi, amma Şamili (prodüseri) göndərmişdi, Könül Kərimova gələ bilməmişdi, nəmər göndərmişdi, Nadir Qafarzadə də toyu olduğu üçün gələ bilməmişdi".