Suriyanın havadan hücumundan müdafiə sistemləri (HHM) Dəməşq üzərində raket hücumlarını dəf edir.
Axar.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
***
İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasına zərbə endirib.
Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Məlumata görə, zərbənin endirildiyi ərazinin yaxınlığında İran səfirliyi binası yerləşir.