Limon qabığını atmazdan əvvəl iki dəfə düşünün! Evdar qadınların gizli saxladığı limon qabığının istifadə istiqamətləri üzə çıxıb.
Moderator.az xəbər verir ki, türk alimləri 20 illik evdar qadınlar hamıdan gizlətdikləri sirri açıb. Limon qabıqları həm məişət təmizliyi, həm də sağlamlıq və gözəllik baxımından bir çox faydaları var.
Həyatınızı asanlaşdıracaq bu qiymətli qabıqlardan bəzi praktiki istifadələr bunlardır:
YAĞLARI MƏHV EDİR
Limon qabıqları təbii turşu quruluşu sayəsində təsirli bir təmizləyici olaraq istifadə edilə bilər. Bir neçə limon qabığını sirkə ilə qarışdıraraq hazırlaya biləcəyiniz təbii sprey, mətbəx tezgahları və digər səthlərdəki kir və yağları asanlıqla təmizləyəcək, eyni zamanda evinizə təzə bir qoxu qatacaq.
ÇAY DƏMİRİLİR
C vitamini və antioksidantlarla zəngin olan limon qabıqları çay kimi qaynadıldığında sağlamlığa çoxlu faydalar təmin edir. Bu çay immunitet sistemini dəstəkləyir, həzm sistemini rahatlaşdırır və dərinizi canlandırır.
ÖLÜ HÜCEYƏRDƏN TƏMİZLƏYİR
Limon qabığının tərkibindəki təbii yağlar dəriyə qulluqda təsirli bir komponent ola bilər. Rəndələnmiş limon qabıqlarını bal və ya qatıqla qarışdıraraq hazırladığınız maska dərinizi ölü hüceyrələrdən təmizləyəcək və ləkələrin görünüşünü azaldacaq.
HƏŞƏRATLARI QOVUR
Limon qabıqları həşəratları evinizdən uzaqlaşdırmaq üçün təsirli təbii həlldir. Mətbəx şkaflarına və ya pəncərələrə qoyduğunuz qabıqlar qarışqaları və digər zərərli həşəratları evinizdən uzaqlaşdıracaq.