AZ

ABB-nin biznes kreditlərində - BÖYÜK ARTIM! – 3 MİLYARD MANATI KEÇDİ - FOTO

ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin ilk üç rübü ərzində biznes kredit portfelini 2 milyard 963 milyon manata çatdırıb.

FED.az xəbər verir ki, bunu Korporativ və KOS Satış Ofisinin rəhbəri Ülvi Qasımov bildirir və o, bunu bank üçün böyük artım kimi qiymətləndirib.

O qeyd edib ki, biznes kreditləri portfeli ilin əvvəli ilə müqayisədə 445 milyon manat və ya 17.7% artıb.

Korporativ kredit portfeli də 17.2% artaraq 2 milyard 733 milyon manata çatıb .

Onun sözlərinə görə, qeyri-neft sektoruna verilən kreditlər portfeli  2 milyard 584 milyon manata yüksəlib.

Kiçik və Orta Sahibkarlıq (SME) və mikro biznes kreditlərində portfel 22,6% artaraq 230,5 milyon manata çatıb.

O həmçinin əlavə edib ki, ABB tərəfindən verilən kreditlərin 99%-i qeyri-neft sektorunu dəstəkləyib. Ən böyük artım Nəqliyyat, Yeyinti və İlkin Tələbat Mallarının Ticarəti, Tikinti, və İnformasiya və Rabitə sahələrində olub.

Seçilən
11
fed.az

1Mənbələr