Aktual.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin "Feysbuk” hesabında paylaşım edilib.
"Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək. Bu maraqlı şounu qaçırmayın! Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir. Giriş sərbəstdir! Bütün futbolsevərləri stadionumuza dəvət edirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, şou 11 oktyabr, saat 16:30-da "Azersun Arena” stadionunda baş tutacaq.