Ukrayna PUA-ları ötən gecə Rusiya ərazisindəki daha bir silah anbarına hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna “teleqram” kanalları məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynaya məxsus PUA-lar Rusiya Müdafiə Nazirliyinin Bryansk vilayətindəki Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalını vurub. Ərazidə yanğın başlayıb.
“AzPolitika.info”