AZ

Görünür Paşinyanın Qərb tərəfdarları ona qadağa qoyublar ÖZƏL

"Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi əvvəlcədən planlaşdırılırdı. Gözlənilirdi ki, Azərbaycan və Ermənistan liderləri Moskvada görüşsünlər, amma görüş son anda baş tutmadı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, üçtərəfli görüşlə bağlı fikirlər bəziləri tərəfindən dəstəklənmir. Belə başa düşülür ki, görüşdə iştirak edəcək tərəflərdən biri görüşün keçirilməsindən son anda imtina edib. Ancaq Rusiya  tərəfin kimliyini açıqlamadı. Ümumi ritorikaya baxdıqda təxmin etmək olar ki, bu, Ermənistan tərəfidir. Nikol Paşinyan görüşdən imtina edib. Bunun da bəlli səbəbləri var. Birinci səbəb odur ki, Nikol Paşinyan hakimiyyəti masada Qərb olmadan bu görüşün keçirilməsini istəmir. İkinci ehtimal odur ki, Paşinyanın Qərb tərəfdarları ona qadağa qoyublar ki, Rusiyanın təşkil etdiyi görüşdə iştirak etməsin. Üçüncü ehtimal da budur ki, Paşinyana heç bir qadağa yoxdur, sadəcə Paşinyan özünü Qərbə yaxşı göstərmək üçün bu cür addımlar atır. MDB-nin Xarici İşlər nazirləri sammitində üzv 9 dövlətdən 8-i bəyanatları imzaladılar, Ermənistan 2 bəyanata qoşulmaqdan imtina etdi. Bunlar qlobal terrorizmə qarşı idi və birtərəfli sanksiyaları nəzərdə tutan bəyanatlar idi ki, Ermənistan tərəfi buna qoşulmaqdan imtina etdi. Burda Ermənistanın dövlətçiliyini təhdid edən heç bir məsələ yox idi, sadəcə olaraq Ermənistan Qərbə özünü yaxşı göstərmək və MBD-nin ümumi iş prinsipini pozmaq üçün bu cür addımlar atdı. Görünür ki, Qərbə özünü yaxşı göstərməyə çalışaraq Rusiyanın iştirak etdiyi bəzi məsələlərdən qaçır. Aydın olur ki, görüşdən imtina edən tərəf Ermənistan olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr