21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 12-də Şimali İrlandiya yığması ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Farer Adalarından olan hakimlər briqadası idarə edəcək. Oyunda söz sahibi Heini Ziskason Vidoy olacaq. Ona Dan Petur Pauli Höyqaard və Yan Hermansen köməklik edəcək.

Dördüncü hakim funksiyasını Bjarki Danielsen yerinə yetirəcək.