AZ

U-21 millimizin Şimali İrlandiya ilə matçının hakimləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək bu qarşılaşmanı Farer adalarından olan hakimlərə həvalə edib.

Oyunu Heini Ziskason Vicoy idarə edəcək. Ona yan xətt hakimləri Dan Petur Pauli Hoyqard və Yan Hermansen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Byarki Danielsen yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veirələcək

AÇ-2025-in seçmə mərhələsi
12 oktyabr

Şimali İrlandiya U-21 – Azərbaycan U-21
Baş hakim: Heini Ziskason Vicoy.
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Hoyqard, Yan Hermansen.
Dördüncü hakim: Byarki Danielsen (Hakimlər briqadası Farer adalarındandır).
Ballimena. “The Showgrounds”. Saat 18:00.

Seçilən
27
11
arena.az

10Mənbələr