AZ

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı- FƏRMAN

Image

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı artırılıb. Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.





phrase_var_article.chosen
136
34
baki-xeber.com

10phrase_var_article.sources