AZ

Muxtar respublikanın Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

Muxtar

Naxçıvan, 9 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun 2024-cü ilin 9 ayı ərzində verilən güzəştli kreditlərin 15,0 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatında bildirib.

Abbas İsmayılov qeyd edib ki, 2024-cü ilin 9 ayı ərzində 10,3 milyon manat vaxtı keçmiş kreditin qaytarılması təmin edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 dəfə çoxdur.

Seçilən
10
azertag.az

1Mənbələr