AZ

Kimya üzrə “Nobel” mükafatı laureatları məlum oldu

Bakı. Trend:

Amerikalı alim David Beyker, eləcə də britaniyalı tədqiqatçılarCon Camper və Demis Hassabis kimya üzrə 2024-cü ilin “Nobel”laureatları elan edilib.

Trend xəbər verir ki, bubarədə İsveç Elmlər Akademiyası yanında Nobel Komitəsi məlumatverib.

Məlumata görə, alimlər "zülal strukturlarının kompütermodelləşdirilməsi" və "zülal strukturlarının proqnozlaşdırılması"üzrə işlərinə görə mükafatlandırılıblar. David Beyker bu mükafatahesablamalı zülal dizaynına görə, Demis Hassabis və Con M. Camperisə zülal strukturunun proqnozlaşdırılmasına görə layiqgörülüblər.

Qeyd edək ki, David Beyker 1962-ci ildə Vaşinqton ştatının Sietlşəhərində anadan olub. Biokimya, genom elmləri, biomühəndislik,kimya mühəndisliyi, kompüter elmləri və fizika üzrə tədqiqatlarıvar.

Demis Hassabis 1976-cı ildə Londonda doğulub. O, süni intellekttədqiqatçısı, nevroloq və kompüter oyunları tərtibatçısıdır. Con M.Camper isə Arkanzas ştatının Litl-Rok şəhərində anadan olub.Amerikanın “DeepMind Technologies” şirkətinin baş elmiişçisidir.

Seçilən
19
3
az.trend.az

10Mənbələr