AZ

Azərbaycan kubokunda qruplar bəlli oldu

Qadın və kişi voleybolçular arasında Azərbaycan Kubokunun püşkü atılıb. "Rekord.az" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək yarışın püşkatma mərasimi bu gün baş tutub.

Kubok uğrunda həm qadınların, həm də kişilərin yarışında altı komanda mübarizə aparacaq. İştirakçılar iki qrupda və pley-off mərhələsində yarışacaqlar.

Ölkə kubokunun qrupları aşağıdakı kimidir:

Qadınlar
A qrupu: "Azərreyl, UNEC, "Gəncə"
B qrupu: "Abşeron", "Murov Az Terminal", "Milli Aviasiya Akademiyası"

Kişilər
A qrupu: "Gənclər" (Sumqayıt), "Azərreyl", "Neftçi"
B qrupu: "Xilasedici", MOİK, "Murov Az Terminal"

Seçilən
10
rekord.az

1Mənbələr