Voleybol üzrə qadınlar və kişilər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunacaq Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, virse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov iştirak ediblər.
Püşk nəticəsində qrupların tərkibi müəyyənləşib.
Qadınlar
A qrupu
"Gəncə"
UNEC
"Azərreyl"
B qrupu
"Abşeron"
"Milli aviasiya"
"Murov Azterminal"
Kişilər
A qrupu
"Gənclər"
"Azərreyl"
"Neftçi"
B qrupu
"Murov Azterminal"
MOİK
"Xilasedici"