AZ

Ruslan Atakişiyev: “Azərbaycanda sahibkarların 21%-i bank xidmətlərindən istifadə etmirlər”

Azərbaycanda sahibkarların 21%-i bank xidmətlərindən istifadə etmirlər.

Bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

“Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyşimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62%-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda itirak edənlərin 39%-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər”, – o qeyd edib.

Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: “Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16%-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər”.

R.Atakişiyev vurğulayıb ki, Azərbaycanda islam bankçılığı fəaliyyət göstərərsə, bu sektorun 3%-ni əhatə edə bilər: “Bu, kiçik rəqəm deyil. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də 5%-lik göstəriciyə hələ yeni çatıb. Malayziyada isə bu göstərici 16%-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün böyük rəqəmlərdir. Odur ki, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir”.

Seçilən
8
1
banker.az

6Mənbələr