Litva hökuməti Ukraynaya infrastrukturun bərpası üçün 13 milyon avro məbləğində yardım göndərmək barədə qərar qəbul edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Kritik infrastrukturun bərpası üçün Ukraynaya 13 milyon avro köçürüləcək. Vilnüs bu vəsaitləri dövlət zəmanəti ilə borc götürmək niyyətindədir”, - bəyanatda deyilir.
Qeyd edək ki, Litva Ukraynaya yardım üçün ayırdığı vəsaitə görə Kiyevin tərəfdaşları arasında liderlərdən biridir. Ukrayna müharibəsi başlayandan bəri ölkə üçün 1,45 milyard avro xərclənib.
Gözəl Həşimova