Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir: "Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Biz də bu sistemi təqdim edirik. Təqdim edilən sistem hökumət tərəfindən dəstəklənir".