AZ

Yeni "Tesla" avtomobilləri milyarderin zövqünə uyğun hazırlanıb - Foto

Yeni

"Tesla" avtomobilinin model çeşidi genişləndirilib. Artıq 702 kilometrə qədər güc ehtiyatına malik "Tesla Model 3"-ün yenilənmiş versiyası satışa çıxarılıb.

Reyting.az
xəbər verir ki, "Tesla" üzərində yenilik onun sahibi, milyarder İlon Maskın istəyinə uyğun reallaşdırılıb.

"Tesla"-nın yeni versiyası arxa ötürücülüdür, "WLTP" dövrü üzrə 702 kilometr məsafə qət edir, 60 kVt/saatlıq akkumulyatorla təchiz olunub və 100 kilometrədək cəmi 12,5 kVt-saat sərfiyyatla çalışır.

İddia olunur ki, bu rəqəmlər həm də "Model 3"-ü "Avropada mövcud olan ən səmərəli arxa ötürücülü avtomobil" edir.

Yeni versiya avtomobilin qiyməti 44 990 avrodan başlayır.

201 km/saat maksimal sürəti, 0-dan 100 km/saat sürətini çox asanlıqla 5,2 saniyə ərzində yığan arxa təkərli "Long Range" modeli, "Model 3" xəttindəki dördüncü trim səviyyəsinə çevrilir. Təkər ötürücüsü 39 990 avroya, tamamilə ötürücülü uzun məsafə 48 990 avroya və tam ötürücülü performans isə 57 490 avroya başa gəlir.



Digər bəzəklər kimi, "Long Range RWD" modelində də metal mirvarili ağ boya və 48 santimetrlik foton diskləri var.

Maşının interyerində qara dəri bəzəklərlə bərabər əsas Autopilot versiyasında olan kruiz-kontrol və adaptiv kruiz-kontrol da mövcuddur.

"Tesla" üçün beş əlavə rəng mövcuddur. Bütün bunların qiyməti 1 300 avro edir. Ancaq "Ultra Rosso", "Argento Mercurio" rəngləri istisna olmaqla, çünki bu rənglər 2 000 avro qiymətindədir. Təxmini ölçüsü 49 santimetr olan Nova təkərlərini hətta 1700 avroya da almaq olar, lakin bu güc ehtiyatının 640 km-ə qədər azalması ilə nəticələnə bilər. Maşının 1000 kiloqrama qədər yedəkləmə çubuğunun qiyməti isə 1350 avroya başa gələcək. Üstəlik, ağ və qara dəri salonun qiyməti yenə 1200 avro olacaq, qabaqcıl Avtopilotun dəyəri həmişəki kimi yenə də güzəştsiz olaraq 3 800 avroya təklif ediləcək.

"Tam avtonom sistemin qiyməti isə 7 500 avrodur. Bu sistem yeni versiyada işıqforda, eləcə də dayanma nişanlarında avtonom şəkildə durmasına və gələcəkdə sürücünün minimal müdaxiləsi ilə demək olar ki, özünü tam idarə etməyə sərbəst imkan verəcək" - deyə yeni modellə bağlı "Tesla" şirkətindən bildiriblər.

"Tesla Model 3"-ün yeni versiyasının ilk tədarükü noyabrda gözlənilir.

Oqtay QORÇU
Seçilən
32
reyting.az

1Mənbələr